AZ

Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi ARTIB

2023-cü ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 34,5 min ton çoxalaraq ümumilikdə 965,1 min ton təşkil edib ki, onun da 85,0 faizi və ya 820,8 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, avtomobillərdən atılmış zərərli maddələrin həcmi 6,3 faiz artıb, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 8,9 faiz azalıb.
Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 21,1 min ton, Sumqayıt şəhərində 0,9 min ton azalıb, Mingəçevir şəhərində isə 0,2 min ton artıb.
Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 67,3 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 85,2 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.
Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 61,5 faizini karbon oksidi, 21,3 faizini karbohidrogenlər, 13,4 faizini azot oksidi, 0,1 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.

Seçilən
58
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3699
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3526
Bu yol qovşağında təmir işləri aparılacaq
3009
Bakıda hoteldə yanğın başlayıb
2576
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1690
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1578
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1484
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1403
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1236
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1232
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1204
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1086
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1027
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
925
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
908
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
890
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
850
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
827
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
808
Sabah 5 kəndin qazı kəsiləcək
759