AZ

Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi ARTDI

Ötən il ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 34,5 min ton çoxalıb.

Ölkə.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bununla da çirkləndirici maddələrin həcmi ümumilikdə 965,1 min ton təşkil edib. Onun da 85% faizi və ya 820,8­­­ min tonu avtomobillərdən atılan tullantıların payına düşüb .

Məlumatda vurğulanıb ki, avtomobillərdən atılmış zərərli maddələrin həcmi 6,3% artıb, stasionar mənbələrdən atılan maddələrin həcmi isə 8,9 % azalıb.

Həmçinin stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 21,1 min ton, Sumqayıt şəhərində 0,9 min ton azalıb,Mingəçevir şəhərində isə 0,2 min ton artıb.

2023-cü ildə stasionar mənbələrdə yaranan zərərli maddələrin 67,3%-i təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 85,2 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.

Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 61,5%-ni karbon oksidi, 21,3%-i karbohidrogenlər, 13,4%-i azot oksidi, 0,1%-i kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.

Seçilən
60
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3863
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3620
Bu yol qovşağında təmir işləri aparılacaq
3099
Bakıda hoteldə yanğın başlayıb
2700
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1802
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1659
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1546
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1458
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1400
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1252
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1246
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1158
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1105
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
953
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
950
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
910
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
908
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
870
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
839
Sabah 5 kəndin qazı kəsiləcək
778