AZ

Bakıda ən bahalı torpaq sahəsi hansı ərazidədir?

Yaz fəsli ilə əlaqədər torpaq bazarında aktivlik və qiymətdə artım müşahidə olunur. Paytaxt Bakıda il ötdükcə torpaq sahələrinin qiyməti qalxır. Bəs görəsən, Bakıda  hazırda ən bahalı torpaq sahəsi hansı ərazilərdədir?
 
Bununla bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Moderator.az -a danışdı.
 
Onun sözlərinə görə, paytaxt Bakı və Abşeron ərazilərində fərdi yaşayış yerləri üçün yararlı torpaq sahələrinin qiymətləri ən az 2 min manatdan başlayaraq 300 min manata qədər dəyişə bilir. Torpaq sahələrinin qiymətlərini artıran ilk xüsusiyyətlər onların çıxarışının olması, çıxarışlarında yaşayış məntəqələrində təyinatlı olması və yerləşməsidir. Mərkəzə doğru ərazilərdə, daha çox Nərimanov rayonu və Səbail rayonunda fərdi yaşayış üçün olan torpaq sahələrinin təxminən bir sotu 50 min manatdan 200-300 min manata, Abşeron ərazilərində 2 min manatdan başlayaraq 20 min manata qədər dəyişə bilir. 
 
"Torpaqların qiymətini artıran amil onların çıxarışının olması ilə bərabər, infrastrukturun daha yaxın məsafədə olması ilə bağlıdır. Belə ki, əmlakın yerləşdiyi ərazidə yaşayış məntəqələri, ətrafında infrastrukur, nəqliyyat xətləri olmalı, orta məktəb, bağçalar, xəstəxana və digər amillər həmin ərazilərdəki torpaq sahələrinin qiymətlərinə təsir edir. Biz müqayisə üçün eyni tikili evləri götürsək, təxmini 300 kvartamertlik ikimərtəbəli həyət evləri 4 sot torpaq üzərində Masazırda 100-120 min manata qədər dəyərləndirilirsə, həmin ölçüdə torpaq sahəsində olan mənzil üçün Bakının Nərimanov rayonunda bu qiymət ortalama bir milyon manat hesablanır. Tikintiyə xərclənən materiallar təxminən eynidir. Tikinti materiallarının qiymətlərinin eyni olmasına baxmayaraq, qiymətləri artıran daha çox torpaq sahəsi olduğuna görə arasında bu qədər fərq yaranır. Daha bahalı torpaq sahələri qeyri-yaşayış obyektləri üçün nəzərdə tutulan torpaq sahələri, insanların daha çox gediş-gəlişli olduğu, eləcə də yol kənarı olan ərazilərdir”, - ekspert qeyd edib.
Seçilən
113
7
Mənbələr
Şərh ()
Bağla