AZ

Azərbaycan 2 ayda meyvə-tərəvəz ixracından 100 mln. dollar gəlir əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan ötən 2 ayda (yanvar-fevral) 99 milyon 481 min dollar dəyərində 87 min 71 ton meyvə-tərəvəz ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 24,6% (19 milyon 630 min dollar), miqdarı isə 28,1% (19 min 53 ton) artıb.
2023-cü ilin eyni dövründə Azərbaycandan 79 milyon 851 min dollar dəyərində 68 min 18 ton meyvə-tərəvəz ixrac edilib. 
Qeyd edək ki, 2024-cü ilin ilk 2 ayında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2,08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21,86%-ə bərabər olub. Ən sərfəli kredit üçün müraciət et



Bizi sosial şəbəkələrdən izləyin!!
Facebook
Instagram
Telegram

Seçilən
198
50
Mənbələr
Şərh ()
Bağla