AZ

119 milyon lirəlik otel

Muğla Ortaca İcra Bürosu Sarıgermedə Castle Resort & Spa Sarıgerme adlı otel binasını satışa çıxarıb.

Fins.az xəbər verir ki, zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olan oteldə 112 otaq var.

Ümumi qapalı sahəsi təxminən 6.475 kvadratmetr olan otelin dəyəri 119 milyon 564 min 209 TL-dir.

Otel üçün ilk hərrac aprelin 30-da başlayacaq və mayın 7-də başa çatacaq. Əgər birinci hərracda otel satılmasa, ikinci hərrac mayın 28-də başlayacaq və iyunun 4-də başa çatacaq.

Günel Məlikzadə
Fins.az

 

Seçilən
159
50
Mənbələr
Şərh ()
Bağla