AZ

“Crocus City Hall” terror aktının qurbanlarından 134 nəfərin kimliyi müəyyənləşdirilib

Bakı. Trend:

“Crocus City Hall”da törədilən terror aktından sonra ölənlərdən134 nəfərin kimliyi müəyyənləşdirilib.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyaİstintaq Komitəsi öz "Telegram" kanalında bildirib.

"Hazırda istintaq tərəfindən terror aktı zamanı həlak olan 134nəfərin şəxsiyyəti müəyyən edilib. Digər, hələlik şəxsiyyəti məlumolmayan ölənlərlə bağlı genetik ekspertiza aparılır", - deyə qeydolunub.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətininKrasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olannaməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupununkonsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri AleksdanrBortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus CityHall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, ocümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütüntədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdəittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittihamolunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, ŞamsidinFariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasınayerləşdirilib.

Seçilən
296
6
Mənbələr
Şərh ()
Bağla