AZ

Terrorda ölənlərdən 134 nəfərin kimliyi bəlli oldu

“Crocus City Hall”da törədilən terror aktından sonra ölənlərdən 134 nəfərin kimliyi müəyyənləşdirilib.

Publika.az Lenta.ru-ya istibnadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi öz "Telegram" kanalında bildirib.

"Hazırda istintaq tərəfindən terror aktı zamanı həlak olan 134 nəfərin şəxsiyyəti müəyyən edilib. Digər, hələlik şəxsiyyəti məlum olmayan ölənlərlə bağlı genetik ekspertiza aparılır", - deyə qeyd olunub.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda "Crocus City Hall"da terror aktı baş verib. "Piknik" qrupunun konsertindən əvvəl silahlı şəxslər otağa soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib, daha sonra yanğın başlayıb.

Seçilən
261
6
Mənbələr
Şərh ()
Bağla