AZ

Aİ Rusiya ilə əlaqələrə görə Türkiyənin hava yolu şirkətinə qadağa qoyub

Avropa İttifaqı Rusiya ilə əlaqələrə görə Türkiyənin “Southwind Airlines” aviaşirkəti üçün hava məkanını bağlayıb.

Azpost.info xəbər verir ki, bu qərar Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində qəbul edilib.

Hazırda bütün Avropa hava məkanı “Southwind” üçün bağlıdır.

Tətbiq edilən məhdudiyyətlərə görə rusiyalı turistlər Şarm Əl-Şeyxdən vaxtında uça bilməyiblər, onların uçuşu 11 saat gecikib.

“Southwind” Türkiyədən Berlin, Düsseldorf və Almaniyanın digər şəhərlərinə uçuşlar açmağı planlaşdırırdı.

Azpost.info

Seçilən
126
27
Mənbələr
Şərh ()
Bağla