AZ

İranın Ermənistana silah daşımasının PƏRDƏARXASI: “Tehranın məqsədi...”

Xəbər verdiyimiz kimi, İran hava yollarına məxsus “Boeing” yük təyyarəsi ilə Ermənistana davamlı olaraq silah daşınır. Bu barədə məlumat “MaidenTower” “Telegram” kanalında yayımlanıb. Qeyd olunub ki, İrana məxsus “Boeing 747-21AC ” yük təyyarələri ilə Ermənistana silah daşımalarına bu il martın 29-dan başlanılıb. “MaidenTower” bəhs olunan məlumatı təsdiqləyən hava marşrutunun uçuş xəritəsini də paylaşıb.

Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Tehran rejimi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına qarşıdır:





“Ona görə də Ermənistana pulsuz silahlar verir və tranzit rolunu həyata keçirir. İran Cənubi Qafqazda hərbi balansda tarazlıq yaradıb, Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təxribatlara sövq etməyi planlaşdırır. Tehranın Cənubi Qafqazda yürütdüyü siyasət, Azərbaycan-Türkiyə birgə siyasi nizamının qarşısını almaq, həmçinin Ermənistanla Türkiyə əlaqələrinin normallaşmasına və Azərbaycanla sülhə mane olmaqdan ibarətdir”.

Ekspert bildirib ki, Azərbaycana qarşı təzyiq siyasətləri müsbət nəticə verməyəcək: “Baş verənlər İrəvanı çıxılmaz vəziyyətə salacaq”.

Seçilən
134
27
Mənbələr
Şərh ()
Bağla