AZ

Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur - FOTO

Azərbaycanlıların soyqırımının 106-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinə ziyarətçilərin axını başlayıb.

Xalqımızın and yerinə çevrilən bu məkana rayon sakinləri axın edirlər. Ziyarətçilər arasında hökumət nümayəndələri, idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın bölgələrindən olan vətəndaşlar, şagird və tələbələr, eləcə də xarici vətəndaşlar var.

Ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksinin bələdçiləri tərəfindən ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılırlar.

Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Quba Soyqırımı Memorial Kompleksi – 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb və Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü il sentyabrın 18-də açılıb.//report

Seçilən
124
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
2982
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
2484
Bakıda hoteldə yanğın başlayıb
2080
Bu yol qovşağında təmir işləri aparılacaq
2035
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1124
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1087
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
891
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
852
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
836
Çingiz Mustafayevin toyudur - FOTOLAR
806
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
733
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
704
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
609
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
609
Sabah 5 kəndin qazı kəsiləcək
607
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
599
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
561
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
524
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
480
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
470