AZ

Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur - FOTO

Azərbaycanlıların soyqırımının 106-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinə ziyarətçilərin axını başlayıb."Report"un Şimal bürosunun məlumatına görə, xalqımızın and yerinə çevrilən bu məkana rayon sakinləri axın edirlər. Ziyarətçilər arasında hökumət nümayəndələri, idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın bölgələrindən olan vətəndaşlar, şagird və tələbələr, eləcə də xarici vətəndaşlar var.Ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksinin bələdçiləri tərəfindən ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılırlar.Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.Quba Soyqırımı Memorial Kompleksi – 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb və Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü il sentyabrın 18-də açılıb.

Seçilən
155
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16738
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16325
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15764
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13851
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12764
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9845
"Zaur, yenə çaşdın..." - VİDEO
8006
Çingiz Mustafayevin toyudur - FOTOLAR
6849
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6393
Minimum əmək haqqı nə qədər arta bilər?
6163
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5449
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5344
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4622
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4341
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4292
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3323
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3323
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3080
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
3037