AZ

“Casamia” gömrük borcunu ödəmədiyi üçün cərimələnir – DETALLAR

“Casamia” MMC barəsində gömrük borcunu “ödəmədiyi” üçün cərimə protokolu yazılıb.
Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi MMC ilə bağlı Nərimanov Rayon Məhkəməsinə İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə protokol tərtib edib göndərib.
Adətən, Bakı şəhəri ərazisində olan şəxslərlə bağlı cərimə protokolu Bakı Baş Gömrük İdarəsinin rəisi adından məhkəmələrə göndərilir.
İXM-in 505-ci maddəsinə görə, gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda – ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 faizindən 150 faizinədək məbləğdə cərimələnirlər. Lakin burada iki qeyd var ki, bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İkinci isə, bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.
Bu protokolun imzalanması şirkətin artıq cərimələnməsi deyil. Belə ki, Məhkəmə, iş materiallarını araşdırmaqla şirkətin cərimə edilib-edilməyəcəyinə qərar verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
10
Mənbələr
Şərh ()
Bağla