AZ

Filipp Kirkorov cəriməni ödəmədiyi üçün ikiqat cərimələndi

Məhkəmə cəriməni ödəmədiyi üçün rusiyalı pop kralı  Filip Kirkorova ikiqat cərimə kəsib.

Lent.az  Rusiya mediasına istinadən xəbər verir ki, Moskvanın Taqanski rayonunun 371-ci məhkəmə dairəsinin magistratura hakimi Filipp Kirkorovun inzibati işi üzrə qərar qəbul edib. Müğənni inzibati cəzanın icrasından yayınmaqda təqsirli bilinib.

Rusiyanın xalq artisti 3 min rubl cərimə ödəmədiyinə görə o, ödənilməmiş cərimənin iki qatını - 6 min rubl ödəməli olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
10
Mənbələr
Şərh ()
Bağla