AZ

AFFA-nın YENİ PREZİDENTİ ŞİMŞƏYƏ QIRMIZI KART ÇIXARACAQMI?!

Bu gün AFFA-ya yeni prezident seçilir. Yəqin bu yazı yazılana qədər məsələ məlum olacaq. Amma yeni prezidentin prezidentliyini onda biləcəyik ki, birinci olaraq Hakimlər Komitəsinin sədri Barış Şimşəyə qırmızı kart çıxaracaq. Bu adam Komitə sədri olandan Azərbaycanda hakimlərin bərəkətinə oturub. Daha pis söz yazardım, ayıb elədim. Axırıncısı da “Sumqayıt”la “Araz-Naxçıvan”ın oyunundakı penalti oldu. Əlbir olub bir ayı bir şir ilə, ovladılar “Araz-Naxçıvan”ı tədbir ilə.Özü də qəribədi, deyəsən, Barış Şimşəyin də trolları var. Əleyhinə bir cümlə yazan kimi, ya şərhçilər əleyhinə bir kəlmə söz deyən kimi, qarğa-quzğun kimi tökülürlər adamın üstünə. Özü də heç dəxli olmadan əsas Xəqani Məmmədovun üstünə. Həm də bilə-bilə ki, Xəqani Məmmədovun həmin vəzifədə gözü yoxdur.  

Seçilən
151
50
Mənbələr
Şərh ()
Bağla