AZ

AFFA VAR mərkəzində “Neftçi” üçün seminar

Bu gün Bakı Olimpiya Stadionunun ərazisində yerləşən AFFA VAR mərkəzində “Neftçi” PFK-nın Gənclər Liqasında çıxış edən komandası üçün AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek tərəfindən seminar keçirilib.

Futbolinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, seminarda VAR-ın oyunöncəsi hazırlıq prosesi izah olunub və müvafiq epizodlar üzərində VAR müdaxilələri (oyundankənar vəziyyətin qeydə alınması, penalti epizodları və s.) müzakirə edilib.

Eyni zamanda, yaranan suallar cavablandırılıb.

Seçilən
144
7
Mənbələr
Şərh ()
Bağla