AZ

Rusiya XİN: Bu ay Fransa Ukraynaya 1500 hərbçi göndərə bilər

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 3-də bildirib ki , təxminən 1500 nəfərdən ibarət Fransa ordusu bu ay ərzində Ukraynaya göndərilmək üçün hazır ola bilər. Məlumatı “İzvestiya.ru” yayıb. 
O qeyd edib ki, Fransanın hərbi kontingent hazırlaması ilə bağlı yeni məlumatlar ortaya çıxır: “Bu məqsədlər üçün Fransa Xarici Legionunun komandanlığı martın əvvəlində təxminən 1,5 min nəfərdən ibarət batalyon taktiki qrupunun tərkibini təsdiqləyib. Gözlənilir ki, apreldə qrup Ukrayna hərbi əməliyyatlar teatrına sürətlə yerləşdirilmək üçün tam döyüş hazırlığı vəziyyətinə gətiriləcək”.
Bundan əvvəl, martın 19-da Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirmişdi ki, Fransa Ukraynaya göndərilmək üçün öz hərbi kontingentini hazırlayır, ilkin mərhələdə bu, təxminən 2 min nəfər təşkil edəcək. Onun sözlərinə görə, Fransa hərbi birliyi “Rusiya Silahlı Qüvvələrinin hücumları üçün prioritet qanuni hədəfə” çevriləcək.
 
P.ƏMİRCANOV
XQ

Seçilən
120
50
Mənbələr
Şərh ()
Bağla