AZ

Ermənistanda həbs olunan Qalstyan 7 ay Xankəndidə görün nə edib: onun evində qalaraq...

Xəbər verdiyimiz kimi, Xankəndidə qaldığı deyilən və şəhərin komendantı təyin ediləcəyi iddia olunan Sarkis Qalstyan bir neçə gün əvvəl Ermənistana qayıdıb və Gorusda erməni xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. S. Qalstyan casusluqda ittiham olunur. Onun həyat yoldaşı Marqarita Şahnazaryan da Sarkis Qalstyanla birlikdə Ermənistana gedib.

Publika.az xəbər verir ki, “Hraparak” nəşri Qalstyanın 7 ay müddətinə Xankəndidə qaldığını yazıb. Nəşr həmçinin onun həmin müddətdə nə işlə məşğul olduğunu araşdırıb.

“Qohumları Qalstyanın 7 ay sonra Ermənistana qayıtmağa niyə qərar verdiyini bilmir. Bizə dedilər ki, əvvəldən Sarkis Qalstyan və onun həyat yoldaşına qohumları Qarabağdan çıxmağı xahiş və təkid ediblər. Onların Ermənistana qayıtması üçün çağırış davam edib. Lakin Qalstyan həmişə ümid edirdi ki, ermənilər tez və ya gec Rusiyanın vasitəçiliyi ilə Qarabağa qayıdar və bu halda o, artıq Xankəndidə müəyyən statusa malik olacaq. Sanki Xankəndidən çıxmayıb və hansısa rolu öz üzərinə götürə bilər. Ola bilsin ki, 7 aydan sonra geri dönüşün olmadığına əmin olub, köçmək qərarına gəlib”, - nəşr yazıb.

Məlumata görə, o, həyat yoldaşı ilə birlikdə bu müddət ərzində separatçı Bako Saakyanın evində yaşayıb. Qohumları deyir ki, sonuncu dəfə bir ay əvvəl onlarla əlaqə saxlayıb. Qalstyanın sərhədi keçməsi və Ermənistanda həbs olunması yaxınları üçün gözlənilməz olub.

Seçilən
150
50
Mənbələr
Şərh ()
Bağla