AZ

Rusiya PUA zərbəsi nəticəsində Xarkovda 5 nəfər mülki şəxshəlak olub

Rusiya pilotsuz təyyarələri cümə axşamı günü səhər saatlarında Xarkova hücum edib...Poliqon xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov öz teleqram kanalında məlumat yayıb. Zərbələr yaşayış binalarına tuş gəlib və nəticədə 5 nəfər mülki şəxs ölüb. Hücumlardan birinin olduğu əraziyə ikinci zərbə endiriildiyi üçün xilasedicilər də həlak olub.Terexov hücumlardan birinin olduğu binada dörd nəfərin öldüyünü, onlardan ən azı üçünün hadisə yerinə gələn xilasedicilər olduğunu və bu ölümlərin ikinci hücumun qurbanı olduğunu yazıb. Hücum nəticəsində beş nəfər yaralanıb.Terexovun yazdığına görə, daha bir nəfər şəhərin başqa bir ərazisində şəxsi evlərə edilən hücumlar nəticəsində həlak olub.Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib ki, şəhər boyu azı dörd zərbə endirilib və bir yaşayış binasının yuxarı mərtəbələri zədələnib. O, üç nəfərin xəstəxanada olduğunu, birinin vəziyyətinin ağır olduğunu bildirib.Poliqon.info

Seçilən
171
14
Mənbələr
Şərh ()
Bağla