AZ

Konqoda üsyançıların hücumu nəticəsində 10 mülki şəxs həlak olub

Konqo Demokratik Respublikasının (KDR) Şimali-Kivu əyalətində silahlı hücum nəticəsində 10 mülki şəxs həyatını itirib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Alyans Demokratik Qüvvələr (ADF) adlı üsyançı qrup Şimali Kivu əyalətinin Manqodomu bölgəsində dinc sakinlərə hücum edib.

Bölgədə təhlükəsizlik qüvvələri ilə ADF üzvləri arasında qarşıdurmalar davam edir.

Qeyd edək ki, 2014-cü ildən bəri ADF-nin hücumları nəticəsində minlərlə dinc sakin həlak olub, yüz minlərlə insan isə didərgin düşüb.

Şəbnəm Mehdizadə

Seçilən
95
14
Mənbələr
Şərh ()
Bağla