AZ

ATMU-nun tələbələri “Nə? Harada? Nə zaman?” intellektual oyununda - FOTO

Bakıdakı Rus Evi ölkəmizdə səfərdə olan Sankt-Peterburq Turizm və Qonaqpərvərlik üzrə Beynəlxalq Kompetensiya Mərkəzi ilə birlikdə “Nə? Harada? Nə zaman?” intellektual oyununa sahiblik ediblər.

"Unikal" xəbər verir ki, Sankt-Peterburq Dövlət İqtisad Universitetinin və Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinin iştirakı ilə keçirilən ”Nə? Harada? Nə zaman?” intellektual oyununda ATMU-nu ali təhsil müəssisəsinin müxtəlif fakültələrində təhsil alan 10 tələbə təmsil edib.

İki komandanın tərkibində yarışa qatılanlar  nəzərdə tutulan sualları dəqiq və tez cavablandırmalarına baxmaraq, münsiflər heyətinin yekdil  qərarına əsasən   yarışın sonunda qazanan dostluq ənənəsi olub.

İntellektual oyunun həvəskar iştirakçıları arasında Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov,Turizm və Qonaqpərvərlik üzrə Beynəlxalaq Kompetensiya Mərkəzinin baş direktor vəzifəsini icra edən Yelena Vasilieva, Azərbaycan Turizm və Menecment Universitetinin Elmi məsələlər üzrə prorektoru prof. İranə Əliyeva, Mehmanxana və restoran biznesi kafedrasının müdiri prof. Novruz Quliyev və universitetin müəllimi Şəlalə Zahidova da olublar.

“Nə? Harada?Nə zaman?” intellektual oyunun tələbə- iştirakçıları   Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.
 

Seçilən
211
28
Mənbələr
Şərh ()
Bağla