AZ

UNEC ilə Türkiyənin İstanbul Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub - FOTOLAR

Türkiyənin İstanbul Universitetinin rektoru professor Osman Bülent Zülfikar UNEC-də olub.

"Unikal" xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradovla görüşdə İstanbul Universitetinin rektoruna rəqəmsal UNEC-in təhsil imkanları, beynəlxalq reytinqlərdəki mövqeyi, beynəlxalq əlaqələri, elmi fəaliyyəti, tədris prosesi, elektron kitabxana resursları, differensial əmək haqqı sistemi və s. barədə ətraflı məlumat verilib.

Sonra hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətlərində fikir mübadiləsi aparılıb. UNEC ilə İstanbul Universiteti arasında doktorantura təhsili üzrə əməkdaşlığın qurulması, elektron kitabxana resurlarından birgə istifadə imkanları, müəllim və əməkdaşların təcrübə mübadiləsi və digər istiqamətlər üzrə ilkin razılıq əldə olunub.

Seçilən
228
28
Mənbələr
Şərh ()
Bağla