AZ

İlahiyyatçı: “Qara kürü yeyən adam başqasına fitrə kimi arpa versə, bu, onu təhqir etmək olar...”

“Fitrə Ramazanın sonuncu iftarından sonra sabahı gün bayram namazına qədər verilməlidir. Əgər zəruri üzr olarsa, bayramdan əvvəl, hətta sonuncu iftardan əvvəl, yaxud sonrakı bayram günlərində də verilə bilər. Fitrə müsəlmanın bir ay ərzində yemədiyi yeməklərin ya özü, ya da məbləğidir ki, onu kasıblara ikram etməlidir. Buğda, arpa, noxud, xurma, kişmiş, pendir kimi məhsullardan verilə bilər, yaxud onun pulu verilə bilər. Evdə olan adambaşına 2-3 kiloqram arası bu məhsulların hansına gücü çatarsa, onun miqdarı qədər verilməlidir. Kim nə ilə qidalanırsa, ondan da fitrə verməlidir. Yoxsa qara kürü yeyən adam başqasına arpa versə, bu, onu təhqir etmək olar. Ona görə varlılar öz yediyi, imkansızlar da öz yediyi ərzaqdan verər. İllik qazancını təmin edə bilməyənlərə bu fitrə zəkatı vacib deyil. Hamilə qadının qarnındakı uşaq dörd ayı keçibsə, onun üçün də fitrə zəkatı verilməlidir. Əgər dörd aydan azdırsa, öz istəyinə bağlıdır, yenə də versə, daha yaxşıdır...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. 

 

O bildirib ki, ailədə olan uşaq, böyük - hər kəsin adına fitrə verilə bilər: “Fitrəni elə adamlara vermək lazımdır ki, onların ehtiyacı olsun. İnsanların qüruruna toxunmadan vermək lazımdır, reklamsız. Fitrəni aparıb kasıbın qapısının önündə onu verərkən şəkil çəkib yaymaq onu da, dini də hörmətdən salmaqdır. Göstəriş və riyakarlıq olmaz. Adam var ki, ac qalır, lakin özünü sındırmır. Elə etmək lazımdır ki, elələrinin mənliyinə toxunmadan fitrəni verəsən. Varlılar daha çox verməlidir, məsələn 10 min, yüz min manat fitrə verilə bilər. Bunun çox böyük savabı var. Başqa vaxtı edilən ehsanla Ramazanda verilən ehsanın, sədəqənin, zəkatın savabı eyni deyil. Bu zaman daha çox savab yazılar...” 

 

Aytəkin Qardaşova 

Tarix: 5 Aprel 2024, 12:31   
Seçilən
199
42
Mənbələr
Şərh ()
Bağla