AZ

Nərimanovda iftar süfrəsi təşkil olunub - FOTOLAR

Nərimanov rayonunda Ramazan ayı münasibətilə rayon rəhbərliyinin, Millət vəkillərinin, şəhid ailələrinin, qazilərin və rayon ictimaiyyətinin iştirakı ilə iftar süfrəsi təşkil edilib.

"Unikal" xəbər verir ki, mərasimdə çıxış edənlər ölkəmizin Ramazan ayını  Qalib, məğrur, ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd etdiyini bildiriblər. 

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qəhrəman ordumuzun şüçayəti sayəsində Azərbaycan tarixi qələbə qazanıb, ədalət bərqərar olub. Natiqlər Azərbaycanın ərazi bütövlüyü uğrunda övladlarını itirən valideynlərə öz ehtiramlarını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu diqqətə çatdırdılar.

Tədbirdə iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
Mənbələr
Şərh ()
Bağla