AZ

“Neftçi”nin futbolçuları söyüldü, AFFA “Qarabağ”ı cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Kuboku və İkinci Liqa ilə bağlı müxtəlif qərarlar açıqlanıb.

Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Neftçi” – “Qarabağ” görüşündə “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 700 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib. “Qarabağ” azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları təhqir etdiyinə görə Ağdam klubu 1000 manat cərimə edilib.

AFFA İntizam Komitəsi İkinci Liqanın 19-cu turunun oyunlarındakı qayda pozuntularına da hüquqi qiymət verib:

“Şəki Siti” – “Şəmkir” oyununda “Şəmkir”in futbolçusu Novruz Rəhimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Şəmkir klubu buna görə 80 manat cərimə ödəyəcək.

“Qusar” – “Kür-Araz” oyununda “Qusar”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Şəfa” – “Kürmük Qax” oyununda “Kürmük Qax”ın futbolçusu Qafar Qafarov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Kürmük Qax” klubu buna görə 80 manat cərimə edilib.

“Şəfa” – “Kürmük Qax” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şəfa” klubu 80 manat cərimə edilib.

“Baku Sportinq” – “Füzuli” oyununda “Füzuli” klubu PFL-in elektron bazasında matçın ilkin protokolunu təyin edilmiş vaxtdan gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

“Ağdaş” – “Göygöl” oyununda “Ağdaş” klubu PFL-in elektron bazasında matçın ilkin protokolunu təyin edilmiş vaxtdan gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
2
Mənbələr
Şərh ()
Bağla