AZ

AFFA “Ağdaş”ın baş məşqçisini 5 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan çempionatının İkinci Liqası ilə bağlı bəzi qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, müzakirələrdən sonra İkinci Liqanın 22-ci turun oyunlarındakı qayda pozuntularına belə hüquqi qiymət verilib:

“Cəbrayıl” – “Baku Sportinq” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” 80 manat cərimə edilib.

“Kürmük Qax” – “Şəki Siti” oyununda “Şəki Siti”nin 5 futbolçusu sarı vərəqə aldığına görə Şəki klubu 70 manat cərimə edilib. Bu oyunda təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə “Kürmük Qax” klubu 200 manat cərimə edilib. Analoji hal təkrar yaşanacağı təqdirdə daha ciddi sanksiyaların tətbiq ediləcəyi barədə “Kürmük Qax” klubuna xəbərdarlıq edilib. Meydançaya kənar şəxslər daxil olduğuna görə “Kürmük Qax” 80 manat cərimə edilib.

“Kür-Araz” – “Ağdaş” oyununda “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klubu 400 manat cərimə edilib. “Ağdaş”ın futbolçusu Ramal Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. “Ağdaş”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.

“Qusar” – “Şəfa” oyununda “Şəfa”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.

“Dinamo” – “Şahdağ Qusar” oyununda “Dinamo”nun futbolçusu Fərid Eyvazov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 150 manat cərimə edilib. “Dinamo”nun digər futbolçusu İman Müseyibov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. “Şahdağ Qusar”ın futbolçusu Rafiq Kərimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
2
Mənbələr
Şərh ()
Bağla