AZ

"İlin sonunadək Putin üçün Beynəlxalq Xüsusi Tribunal yaradılacaq" - Avropa komissarı

"Beynəlxalq hüquqa uyğun olaraq, dövlət və hökumət başçıları immunitetə malikdir, lakin hansı yurisdiksiyaya malik olmasını tribunal özü həll edir..."
 
Rusiyanın Vladimir Putin daxil olmaqla hərbi-siyasi rəhbərliyi üzərində Beynəlxalq Xüsusi Tribunal, ehtimal ki, artıq 2024-cü ilin sonunadək yaradılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə ədliyyə üzrə Avropa komissarı Didye Reynders "Deutsche Welle" qəzetinə müsahibəsində bəyan edib.
 
"İki əsas variant-çoxtərəfli saziş və ya sadələşdirilmiş həll olan Ukayna və Avropa Şurası arasında ikitərəfli saziş əsasında variantlar nəzərdən keçirilir", - Reynders məlumat verib.
 
Onun sözlərinə görə, tribunalın yaradılması son mərhələdədir. "Ukrayna üçün ədalətin bərpası" konfransının nəticələrinə dair 44 ölkə adından imzalanan bəyannamə bu bəyanatın doğru olduğuna dəlalət edir.
 
"Növbəti addım siyasi iradə məsələsidir. Hazırda ilin hələ əvvəlidir, ilin sonunadək bu, mümkün olmalıdır", - Avropa komissarı deyib.
 
Son maneəni aradan qaldırmaq qalır, beynəlxalq hüquqa uyğun olaraq dövlət, hökumət başçıları və xarici işlər nazirləri xarici cinayət yurisdiksiyasının həyata keçirilməsindən immunitetə malikdir.
 
Problemin həll variantlarından birini Ukrayna XİN rəhbəri Dmiyri Kuleba təklif edib. Onun fikrincə, immunitetin götürülməsi məsələsini tribunalın özünə saxlamaq lazımdır.
 
"Mövcud beynəlxalq hüquqi praktikaya görə, hansı yurisdiksiyaya malik olmasını tribunal özü həll edir", - Kuleba deyib.
 
O, əlavə edib ki, əgər siyasətçilər həqiqətən ədalət məhkəməsinə xidmət göstərmək istəyirlərsə, o zaman hüquqşünaslar və bankirlər həmişə bunun üsulunu tapır, "əks halda nə Nürnberq prosesi, nə də keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal baş verməzdi".
 
Tribunalın keçiriləcəyi ehtimal edilən yer Haaqadır. Niderland artıq belə təkliflə çıxış edib, digər tərəfdaş ölkələr bu ideyanı alqışlayıb. 
 
2023-cü ilin iyulundan bu şəhərdə beynəlxalq prokurorlar komandası işləyir, müxtəlif ölkələr tərəfindən ötürülən sübutları təhlil edir. Komanda sonradan xüsusi tribunalda baxılması üçün iş üzərində işləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
237
50
Mənbələr
Şərh ()
Bağla