AZ

Korrupsiya Rusiyanın müdaxiləsi üçün əsas kanaldır - Denkov

"Bolqarıstandakı korrupsiya Rusiyanın müdaxiləsi üçün əsas kanal olaraq qalır və hakim koalisiyanın dağılmasına kömək edir".

 

Modern.az xəbər verir ki, bunu ölkənin vəzifəsini tərk edən baş naziri Nikolay Denkov “Financial Times” qəzetinə deyib.

 

Denkov bildirib ki, onun bir ildən az müddətdə rəhbərlik etdiyi kabinet korrupsiyanın və Moskva ilə köklü əlaqələri dibdən kəsmək üçün mübarizə aparıb.

 

“Keçmişdə Rusiyanın təsirinin böyük hissəsi, məsələn, enerji sektorunda korrupsiya nəticəsində yaranıb”, - Denkov Rusiyanın enerji nəhəngi "Qazprom"un xeyrinə olan əvvəlki hökumətlərin bağladığı enerji müqavilələrinə toxunaraq deyib.

 

Qeyd olunur ki, Bolqarıstan Ukrayna ordusunun Rusiyaya qarşı mübarizədə istifadə etdiyi sovet tipli sursatların əsas istehsalçısıdır. Sofiya istehsal həcmini daha da artırmağı planlaşdırsa da, Rusiyanın müəssisələrdə təxribatından qorxur.

 

Denkovun sözlərinə görə, Bolqarıstanın silah istehsalçıları artıq tam gücü ilə işləyirlər və siyasi qeyri-müəyyənliyə baxmayaraq, vəziyyət dəyişməməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
261
50
Mənbələr
Şərh ()
Bağla