AZ

Kahramanmaraşda salınan “Azərbaycan Məhəlləsi”ndə aparılan işlər nə yerdədir?

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində zərər çəkmiş yaşayış məntəqələri üçün yeni məhəllə tikintisinə dəstək verib.

“Report”un məlumatına görə, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov Agentliyinin fəaliyyətə başlamasının səkkizinci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb: “Bu layihədə sakinlərin rahatlığının təmin edilməsi məqsədilə yaşayış binalarından əlavə ibtidai məktəbin, uşaq bağçasının və mədəniyyət mərkəzinin tikintisi nəzərdə tutulub”.

S. Sadıqov qeyd edib ki, hazırda 20 sinif otağından ibarət bir ibtidai məktəbin, üç sinif otağından ibarət bir uşaq bağçasının və 16 yaşayış binasının tikinti işləri davam etdirilir: “Digər tikinti obyektlərin inşasına qısa zaman ərzində başlanılacaq”.

2023-cü ilin sentyabrın 25-də Naxçıvan şəhərində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nə əsasən, Azərbaycan Kahramanmaraşda 320 hektar ərazidə 1 000 ev və 799 iş yeri inşa etməkdədir.

Xatırladaq ki, ötən il fevralın altısında ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və doqquz saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Zəlzələ nəticəsində 50 500 nəfər ölüb.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Seçilən
90
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14383
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
13898
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
13777
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
11972
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
9912
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8356
"Zaur, yenə çaşdın..." - VİDEO
7457
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5572
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
3831
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3798
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3556
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
3541
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3505
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3381
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
2998
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
2991
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2775
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2706
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2574