AZ

Kahramanmaraşda salınan "Azərbaycan Məhəlləsi"ndə aparılan işlər nə yerdədir?

Kahramanmaraşda salınan "Azərbaycan Məhəlləsi"ndə aparılan işlər nə yerdədir?

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində zərər çəkmiş yaşayış məntəqələri üçün yeni məhəllə tikintisinə dəstək verib.

"Report"un məlumatına görə, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov Agentliyinin fəaliyyətə başlamasının səkkizinci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi "Azərbaycan Məhəlləsi" adlandırılıb: "Bu layihədə sakinlərin rahatlığının təmin edilməsi məqsədilə yaşayış binalarından əlavə ibtidai məktəbin, uşaq bağçasının və mədəniyyət mərkəzinin tikintisi nəzərdə tutulub".

S. Sadıqov qeyd edib ki, hazırda 20 sinif otağından ibarət bir ibtidai məktəbin, üç sinif otağından ibarət bir uşaq bağçasının və 16 yaşayış binasının tikinti işləri davam etdirilir: "Digər tikinti obyektlərin inşasına qısa zaman ərzində başlanılacaq".

2023-cü ilin sentyabrın 25-də Naxçıvan şəhərində imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"nə əsasən, Azərbaycan Kahramanmaraşda 320 hektar ərazidə 1 000 ev və 799 iş yeri inşa etməkdədir.

Xatırladaq ki, ötən il fevralın altısında ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və doqquz saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Zəlzələ nəticəsində 50 500 nəfər ölüb.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Seçilən
88
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4542
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3956
Bu yol qovşağında təmir işləri aparılacaq
3428
Bakıda hoteldə yanğın başlayıb
2927
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
2047
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1882
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1728
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1698
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1604
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1438
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1420
Azərbaycan nefti ucuzlaşıb
1386
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1357
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1343
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1172
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1161
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1126
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1110
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
1048
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
956