AZ

Samanta ermənilərə 33 milyon dollar verir

“2022-ci ildən bəri biz Ermənistan iqtisadiyyatına investisiyalarımızı iki dəfə artırmışıq. Bura qadınların və gənclərin yeni iqtisadiyyatda daha rəqabətqabiliyyətli olması üçün iş yerində təlimlərin keçirilməsi daxildir”.

Musavat.com xəbər verir ki, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ermənipərəst rəhbəri Samanta Pauer deyib.

“Bura Ermənistan hökuməti ilə onların idxalını və ixracını gücləndirmək üçün investisiya mühitini yaxşılaşdıran yeni qaydaların qəbulu üçün işləmək daxildir.

Bütün bunlar öz bəhrəsini verir və biz gördük ki, ABŞ və Ermənistan arasında ticarət dövriyyəsi təkcə son bir ildə 17 faiz artıb. Baş nazir Paşinyanla bölüşmək imkanım oldu ki, USAİD bu mühüm irəliləyişə nail olmaq üçün əlavə 33 milyon dollar sərmayə yatırmağa hazırdır.
Birləşmiş Ştatlar, USAID, Amerika xalqı - biz hamımız Ermənistana demokratiyanın həqiqətən işlədiyini göstərməkdə kömək etməyə sadiqik”, - Samanta Pauer bildirib. 

USAID.jpg

Göründüyü kimi, USAID direktoru Samanta Pauer yenə öz ampluasındadır. Musatat.com xatırladır ki, S.Pauer hazırda ABŞ-da hakimiyyətdə olan Demokratlar Partiyasının üzvüdür. Demokratların “erməni məsələsinə həssas münasibəti” heç kim üçün sirr deyil. Hələ 2008-ci ildə seçkiqabağı dövrdə Barak Obama prezident seçiləcəyi təqdirdə “erməni soyqırımı”nı tanıyacağına söz vermişdi. Obama prezident olduğu dövrdə bu ifadəni işlətməsə də, hazırkı demokrat prezident Co Bayden 2021-ci il aprelin 24-də etdiyi çıxışında həmin sözdən istifadə etdi. S.Pauer də “erməni soyqırımı”nın ən fəal təbliğatçıları sırasına daxildir.

Pauer dəfələrlə Ermənistanda olub. Harvard Universitetinin Kennedi Dövlət İdarəçiliyi Məktəbinin professoru olan Pauer qondarma “erməni soyqırımı”na dair təbliğat xarakterli kitab yazıb. Kitab “Cəhənnəmdən problem. Amerika və soyqırımı dövrü” adlanır. Pauerin kitabı 2002-ci ildə nəşr olunub. Müəllif kitabda XX əsrdə baş vermiş soyqırımları zamanı ABŞ-ın fəaliyyətsizliyinə toxunub. O, kitabın birinci fəslini “erməni soyqırımı” və ona olan beynəlxalq reaksiyaya həsr edib. 

PAS

Qeyd edək ki, S.Pauer hazırda DTX-nın İstintaq Təcridxanasında saxlanılan Qarabağdakı keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanla sıx əlaqələrə malik olub. R.Vardanyan, Nubar Afeyan və Vardan Qriqoryanla birlikdə 2016-cı ildə “Avrora” adlı mükafat təyin etmişdilər. Tam adı “Bəşəriyyətin oyanışı üçün Avrora mükafatı” olan və “beynəlxalq humanitar mükafat” adlandırılan mükafat “erməni soyqırımı”ndan sağ çıxanlar adından verilirdi. Onun təqdimetmə mərasimləri 24 aprel 2016-cı ildən etibarən hər il keçirilirdi. Laureat 1 milyon ABŞ dolları alırdı. S.Pauer də 2017-ci ildən “Avrora”nın seçim komitəsinin üzvü idi...


Musavat.com

Seçilən
146
23
Mənbələr
Şərh ()
Bağla