Joze Mourinyo İngiltərə Premyer Liqasına qayıda bilər.
Offsideplus.az xəbər verir ki, "Vest Hem" portuqaliyalı mütəxəssisi komandanın sükanı arxasına gətirmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.
Mourinyo 2024-25 mövsümü üçün bu klubu çalışdıra bilər.
Qeyd edək ki, Mourinyonun son komandası "Roma" olub. Portuqaliyalı İngiltərədə "Çelsi", "Tottenhem", "Mançester Yunayted" klublarını çalışdırıb.