AZ

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

Bu gün ADA Universitetində Karyera Hazırlığı Həftəsi işə başlayıb.

“İki sahil” xəbər verir ki, aprelin 25-nə qədər davam edəcək tədbir ADA Universiteti Fondunun dəstəyi ilə keçirilir.

Karyera Hazırlığı Həftəsinin məqsədi tələbələri ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etməkdir.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib ki, Karyera Hazırlığı Həftəsində iştirak edəcək tələbələri müəyyənləşdirmək üçün ali təhsil ocağının Karyera xidmətləri şöbəsinin təşəbbüsü ilə 500-dən çox müsahibədən ibarət seçim mərhələsi həyata keçirilib: “Tələbələr akademik göstəricilərinə və müsahibə nəticələrinə əsasən sənaye ekspertləri tərəfindən təşkil olunacaq təlim və seminarlarda iştirak imkanı əldə ediblər. Bu təlim və seminarlar maliyyə, bankçılıq, informasiya və telekommunikasiya, audit, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20 yerli və xarici müəssisənin, şirkət və qurumun yüksəkixtisaslı peşəkarları tərəfindən əmək bazarının tələbləri və karyera yüksəlişi strategiyaları mövzularında keçiriləcək”.

On gün davam edəcək sessiyalar potensial işəgötürənlərlə əlaqələri asanlaşdırmaqla yanaşı, tələbələrə şirkətlərin daxilində təcrübə imkanı təqdim edəcək. Belə ki, şirkətlərin ayrılıqda təşkil etdiyi xüsusi seçim prosesindən keçən beş tələbə ixtisasına uyğun təcrübə proqramında iştirak imkanı əldə edəcək.

Karyera Hazırlığı Həftəsi çərçivəsində mayın 2-də Karyera sərgisi baş tutacaq. Müxtəlif sektorlardan 100-dən çox işəgötürənin iştirak etdiyi karyera sərgisi, tələbələr üçün potensial işəgötürənlərlə tanış olmaq, Tərcmeyi-halını birbaşa onlara təqdim etmək və yerindəcə müsahibələrdə iştirak etmək fürsəti təqdim edəcək.

Seçilən
87
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14610
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14320
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14248
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12138
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10352
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8589
"Zaur, yenə çaşdın..." - VİDEO
7537
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5641
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4143
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4076
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3936
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3896
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3732
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3537
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3049
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3029
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2814
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2759
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2663