AZ

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 16-da ADA Universitetində Karyera Hazırlığı Həftəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ABB-nin tərəfdaşlığı və ADA Universiteti Fondunun dəstəyilə keçirilən və aprelin 25-dək davam edəcək Karyera Hazırlığı Həftəsinin məqsədi tələbələri ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etməkdən ibarətdir.

Karyera Hazırlığı Həftəsində iştirak edəcək tələbələri müəyyənləşdirmək üçün ADA Universitetinin Karyera xidmətləri şöbəsinin təşəbbüsü ilə 500-dən çox müsahibədən ibarət seçim mərhələsi həyata keçirilib. Tələbələr akademik göstəriciləri və müsahibə nəticələrinə əsasən sənaye ekspertləri tərəfindən təşkil olunacaq təlim və seminarlarda iştirak imkanı əldə ediblər. Bu təlim və seminarlar maliyyə, bankçılıq, informasiya və telekommunikasiya, audit, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20 yerli və xarici müəssisənin, şirkət və qurumun yüksəkixtisaslı peşəkarları tərəfindən əmək bazarının tələbləri və karyera yüksəlişi strategiyaları mövzularında keçiriləcək. Tədbirdə təmsil edilən tərəfdaş qurumlar sırasında ABB, “Azərbaycan Hava Yolları”, “Azercell”, “Azerconnect” “Azərkosmos”, “Azərsun”, “Baker Tilly”, “Coca-Cola” şirkəti, “Deloitte & Touche”, Dövlət İmtahan Mərkəzi, Dövlət Neft Fondu, “EKVITA”, “Ernst & Young”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Kapital Bank, “Nobel Energy”, PAŞA Bank, PAŞA Həyat Sığorta, “PAŞA Malls” və “PMD GROUP”u qeyd etmək olar.

On gün davam edəcək sessiyalar potensial işəgötürənlərlə əlaqələri asanlaşdırmaqla yanaşı, tələbələrə şirkətlərin daxilində təcrübə imkanı təqdim edəcək. Şirkətlərin ayrılıqda təşkil etdiyi xüsusi seçim prosesindən keçən beş tələbə ixtisasına uyğun təcrübə proqramında iştirak imkanı əldə edəcək.

Qeyd edək ki, Karyera Hazırlığı Həftəsi çərçivəsində mayın 2-də Karyera sərgisi keçiriləcək. Müxtəlif sektorlardan 100-dən çox işəgötürənin iştirak edəcəyi sərgi tələbələr üçün potensial işəgötürənlərlə tanış olmaq, tərcümeyi-halını birbaşa onlara təqdim etmək və yerindəcə müsahibələrdə iştirak etmək fürsəti yaradacaq.

Seçilən
80
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18291
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17636
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16863
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15358
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14368
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
14238
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12994
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
12503
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10783
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10689
"Zaur, yenə çaşdın..." - VİDEO
8480
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7431
Minimum əmək haqqı nə qədər arta bilər?
6686
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6621
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6188
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5346
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5256
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5048
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4889