AZ

Yelo Bank-da nə baş verir? – 500 milyon depozit geri çəkildi

“Yelo Bank” ASC 2024-cü ilin I rübünün maliyyə hesabatını açıqlayıb.

NOCOMMENT.az “Yeni Sabah”a istinadən xəbər verir ki, cari ilin I rübündə bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.4 dəfə artaraq 14 milyon 125 min manata yüksəlib. Ötən ilin I rübündə bank 4 milyon 123 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın xalis faiz gəlirləri 79% artaraq 27 milyon manata, qeyri-faiz gəlirləri 6.6 dəfə artaraq 15 milyon manata çatıb. Bu dövrdə bankın əməliyyat mənfəəti 15 milyon 479 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 dəfə çoxdur.

2024-cü ilin birinci rübündə “Yelo Bank” 28% kiçilib. Belə ki, cari ilin aprel ayının 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 27.8% və ya 435.6 milyon manat azalaraq 1 milyard 130.8 milyon manata bərabər olub. Bankın aktivlərinin 71%-ni (802.5 milyon manat) müştərilərə verilmiş kreditlər təşkil edir.

Cari ilin üç ayı ərzində hüquqi şəxslər (şirkətlər) 500 milyondan çox depoziti bankdan geri götürüblər. Belə ki, hüquqi şəxslərin depozitləri ilin əvvəlindən 3,4 dəfə və ya 506.8 milyon manat azalaraq 213,7 milyon manat olub.

Bankın ümumi depozit portfeli isə ilin əvvəlindən 35.2% və ya 454.8 milyon manat azalaraq 837 milyon 248 min manat təşkil edib. Bankın depozitlərinin kəskin azalması nəticəsində təşkilatın nağd pul vəsaitləri 3 dəfə azalıb. Beləliklə bankın nağd pul vəsaitləri 3 dəfə və ya 455.3 milyon manat azalaraq 231.9 milyon manata enib.

2024-cü ilin aprel ayının 1-nə “Yelo Bank”ın öhdəlikləri ilin əvvəlinə nisbətən 30.7% azalaraq 1 milyard manata, cəmi kapitalı isə 14.5% artaraq 113.4 milyon manata bərabər olub.

Seçilən
72
21
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3360
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3208
Bu yol qovşağında təmir işləri aparılacaq
2653
Bakıda hoteldə yanğın başlayıb
2280
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1380
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1376
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1244
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1230
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1070
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1052
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
879
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
836
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
801
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
780
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
761
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
743
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
734
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
718
Sabah 5 kəndin qazı kəsiləcək
690
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
667