AZ

“Yelo Bank”da nə baş verir? - 500 milyon depozit geri çəkildi

"Yelo Bank" ASC 2024-cü ilin I rübünün maliyyə hesabatını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, cari ilin I rübündə bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.4 dəfə artaraq 14 milyon 125 min manata yüksəlib. Ötən ilin I rübündə bank 4 milyon 123 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın xalis faiz gəlirləri 79% artaraq 27 milyon manata, qeyri-faiz gəlirləri 6.6 dəfə artaraq 15 milyon manata çatıb. Bu dövrdə bankın əməliyyat mənfəəti 15 milyon 479 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə  müqayisədə 22 dəfə çoxdur.

2024-cü ilin birinci rübündə “Yelo Bank” 28% kiçilib. Belə ki, cari ilin aprel ayının 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 27.8% və ya 435.6 milyon manat azalaraq 1 milyard 130.8 milyon manata bərabər olub. Bankın aktivlərinin 71%-ni (802.5 milyon manat) müştərilərə verilmiş kreditlər təşkil edir.

Cari ilin üç ayı ərzində hüquqi şəxslər (şirkətlər) 500 milyondan çox depoziti bankdan geri götürüblər. Belə ki, hüquqi şəxslərin depozitləri ilin əvvəlindən 3,4 dəfə və ya 506.8 milyon manat azalaraq 213,7 milyon manat olub.

Bankın ümumi depozit portfeli isə ilin əvvəlindən 35.2% və ya 454.8 milyon manat azalaraq 837 milyon 248 min manat təşkil edib.  Bankın depozitlərinin kəskin azalması nəticəsində  təşkilatın nağd pul vəsaitləri 3 dəfə azalıb. Beləliklə bankın nağd pul vəsaitləri 3 dəfə və ya 455.3 milyon manat azalaraq 231.9 milyon manata enib.  

2024-cü ilin aprel ayının 1-nə “Yelo Bank”ın öhdəlikləri ilin əvvəlinə nisbətən 30.7%  azalaraq 1 milyard manata, cəmi kapitalı isə 14.5% artaraq 113.4 milyon manata bərabər olub.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
80
21
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17100
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16726
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15997
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14187
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13138
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9993
Çingiz Mustafayevin toyudur - FOTOLAR
8559
"Zaur, yenə çaşdın..." - VİDEO
8110
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6717
Minimum əmək haqqı nə qədər arta bilər?
6288
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5722
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
5562
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5528
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
4788
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4767
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4454
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4453
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3416