AZ

Burkina-Faso fransalı diplomatları “persona non-grata” elan edib

Burkina-Faso Xarici İşlər Nazirliyi üç fransız diplomatı təxribatçı fəaliyyətinə görə “persona non-grata” elan edib.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Qeyd edilib ki, Fransanın bu ölkədəki səfirliyinin üç diplomatı yaxın 48 saat ərzində Burkina-Faso ərazisini tərk etməlidir: “Üç diplomatdan ikisi siyasi məsləhətçi olub”.

Xatırladaq ki, ötən ilin dekabrında Burkina-Fasoda diplomatik pasportlara malik dörd Fransa vətəndaşı casusluqda şübhəli bilinərək saxlanılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
8
Mənbələr
Şərh ()
Bağla