AZ

Bu ölkə üç fransız diplomatı ölkəsindən çıxarır

Burkina-Faso Xarici İşlər Nazirliyi üç fransız diplomatı təxribatçı fəaliyyətinə görə “persona non-grata” elan edib.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, Fransanın bu ölkədəki səfirliyinin üç diplomatı yaxın 48 saat ərzində Burkina-Faso ərazisini tərk etməlidir.

Həmin diplomatlardan ikisinin siyasi mələhətçi olduğu bildirilir. Xatırladaq ki, ötən ilin dekabrında Burkina-Fasoda diplomatik pasportlara malik dörd Fransa vətəndaşı casusluqda şübhəli bilinərək saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
2
Mənbələr
Şərh ()
Bağla