AZ

Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib. Bütövlükdə, pərakəndə ticarət dövriyyəsi 13 milyard 474 milyon manat olub. Bu müddətdə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 4,9 faiz artıb.Statistik məlumatları təhlil edən deputat Vüqar Bayramov bildirir ki, rəqəmlər vətəndaşların öz pullarının yarından çoxunu ərzaq məhsullarının alınmasına yönəltdiyini göstərir. Onun sözlərinə görə, xərclənən 100 manatdan 51 manatı ərzaq məhsulları üçün istifadə olunur.İqtisadçı qeyd edir ki, ərzaq məhsullarına daha çox pulun xərclənməsi ənənəvi tələb ilə bağlı olsa da, son 2 ildəki inflyasiya səviyyəsi də təsirsiz deyil. “İstənilən məhsul üzrə xərcləmələrdə tələb ilə yanaşı, istehlak bazarındakı qiymət səviyyəsi də əsas faktorlardandır. Qeyd edək ki, ərzaq xərcləri inkişaf etməkdə olan ölkələrdə 20, inkişaf etməkdə olan dövlətlərdə isə 33 faiz ətrafında dəyişir”, - V.Bayramov bildirib.“AzPolitika.info”

Seçilən
60
10
Mənbələr
Şərh ()
Bağla