AZ

Xərclənən 100 manatdan 51 manatı ərzaq məhsulları üçün istifadə olunur

"Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib. Bütölükdə, pərakəndə ticarət dövriyyəsi 13 milyard 474 milyon manat olub.  Bu müddətdə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 4,9 faiz artıb. Statistika göstərir ki, vətəndaşlarımız öz pullarının yarından çoxunu ərzaq məhsullarının alınmasına yönəldir. Xərclənən 100 manatdan 51 manatı ərzaq məhsulları üçün istifadə olunur".

Bunu 525.az-a millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, ərzaq məhsullarına daha çox pulun xərclənməsi ənənəvi tələb ilə bağlı olsa da son 2 ildəki inflyasiya səviyyəsi də təsrsiz deyil. İstənilən məhsul üzrə xərcləmələrdə tələb ilə yanaşı, istehlak bazarındakı qiymət səviyyəsi də əsas faktorlardandır:

"Qeyd edim ki, ərzaq xərcləri inkişaf etməkdə olan ölkələrdə 20, inkişaf etməkdə olan dövlətlərdə isə 33 faiz ətrafında dəyişir".

Sevinc Qarayeva 























Bizi Facebookda izləyin

Seçilən
41
7
Mənbələr
Şərh ()
Bağla