AZ

"Qəbələ" legioneri ilə vidalaşdı

"Qəbələ” İdman Klubu israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb.
 
Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama verilib.
 
27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 2022-ci ilin iyulundan komandamızda çıxış edən legioner "qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub.
 
Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.
 
Səbuhi Həsənov
Seçilən
41
14
Mənbələr
Şərh ()
Bağla