AZ

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

“Qəbələ”

Bakı, 19 aprel, AZƏRTAC

“Qəbələ” komandası israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2022-ci ilin iyulundan bölgə təmsilçisində çıxış edən legioner “qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.

 

Seçilən
71
14
Mənbələr
Şərh ()
Bağla