AZ

Saxlanılan şəxsi döyən polislər saxlanıldı

Rusiya İstintaq Komitəsinin regional istintaq orqanları iki hüquq-mühafizə orqanı əməkdaşına qarşı cinayət işi açıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunublar.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin Oryol vilayəti üzrə mətbuat xidmətindən verilən məlumata görə, döyülmə faktı ilə bağlı polisə zərərçəkmiş özü müraciət edib.

O, bir gün əvvəl sərxoş halda moped sürdüyünü və polisi görəndə onlardan gizlənməyə çalışdığını bildirib. Həmin şəxs qaçarkən mopedindən yerə yıxılıb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onun izini itirib.

Daha sonra zərərçəkən bir müddət dostu ilə gözləmək qərarına gəlib. Lakin nəzarət altında olduğundan həmin polislər profilaktik söhbət aparmaq üçün onun yanına gəliblər. Zərərçəkənin sözlərinə görə, məhz o zaman ona qarşı fiziki güc tətbiq ediblər.

Polisin faktiki olaraq profilaktik söhbət aparmaq niyyətində olması faktı təsdiqlənib. Bununla belə, zərərçəkmişə xəsarət yetirənlərin məhz onlar olduğu müəyyən edilməlidir.

Oryol vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, şübhəlilər müstəntiq tərəfindən saxlanılıb. Onlara və digər şəxslərə qarşı sübutların toplanması istiqamətində əməliyyat-axtarış və prosessual tədbirlər həyata keçirilir.

Seçilən
229
28
Mənbələr
Şərh ()
Bağla