AZ

"Xalqin mədəni sərvəti" layihəsi çərçivəsində regionlarda konsert proqramlari baş tutub - FOTO

Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsi çərçivəsində Şirvan-Salyan, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar Heydər Əliyev Mərkəzi, Şəki Heydər Əliyev Mərkəzi, Tovuz şəhər Nizami adına Mədəniyyət Evində  bəstəkarın əsərlərindən ibarət konsert proqramları baş tutub.

Gün ərzində müxtəlif regionlar üzrə baş tutan konsertlərdə Salyan, Biləsuvar və Neftçala incəsənət məktəblərinin,  Hacıqabul, Şirvan, Salyan, Şəki, Ağstafa, Tovuz və Qazax  musiqi məktəblərinin kollektivləri iştirak ediblər. Bəstəkarın əsərlərindən ibarət konsert proqramı böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş layihənin təntənəli bağlanışı keçiriləcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
50
Mənbələr
Şərh ()
Bağla