AZ

İxrac edilən qara kürünün həcmi azalıb

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi açıqlanıb.

Bu barədə “İki sahil”ə Dövlət Statistika Komitəsindən bildirilib.

2024-cü ilin ilk 3 ayında Azərbaycanda 103.1 kq nərə balığı kürüsü istehsal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26.4% və ya 36.9 kq azalıb. Belə ki, 2023-cü ilin yanvar-mart ayları ərzində ölkədə 140 kq qara kürü istehsal edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 90 kq nərə balığının kürüsü ixrac edilib. Kürünün orta ixrac qiyməti 1142 ABŞ dolları (1941 AZN) təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla