AZ

Azərbaycanda nərə kürüsünün istehsalı 24% azalıb

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi məlum olub.

FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə 2024-cü ilin ilk 3 ayı ərzində Azərbaycanda 103.1 kq nərə balığı kürüsü istehsal edilib.

Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə  36.9 kq və ya 26.4%  azalıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə  Azərbaycanda 140 kq qara kürü istehsal edilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
Mənbələr
Şərh ()
Bağla