AZ

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

“Qəbələ”nin

Bakı, 25 aprel, AZƏRTAC

“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov Türkiyədə əməliyyat olunub.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, 27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə İstanbulda gerçəkləşib.

Əməliyyat uğurlu keçib. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, Ülvi İsgəndərov “Qəbələ”nin heyətində son matçını martın 9-da “Sabah”a qarşı keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
11
Mənbələr
Şərh ()
Bağla