AZ

Ülvi İsgəndərov əməliyyat olunub

"Qəbələ" klubunun futbolçusu Ülvi İsgəndərov əməliyyat olunub.

Bu barədə "Report"a "qırmızı-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə Türkiyənin İstanbul şəhərində gerçəkləşib.

Əməliyyatın uğurlu keçdiyi vurğulanıb. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, Ü.İsgəndərov son matçını martın 9-da “Sabah”a qarşı keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
4
Mənbələr
Şərh ()
Bağla