AZ

Xalq artisti Kamran Ağabalayevi debata çağırdı: “Siz söyüşlə danışırsınız”

“Kamran Ağabalayev, siz ekranda söyüşlə danışırsınız”.

Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Əli Nur aktyor Kamran Ağabalayevin “tənqidə hər zaman açığam, elə uşaqlar da, həmçinin, amma oynadığı səkkiz filmdə səkkiz dəqiqə ekran vaxtı olan biri üçün deyil əziyyətimizi yerə vurmaq” fikirlərinə münasibət bildirərkən deyib.

Əli Nur hesab edir ki, filmlərdə Azərbaycan mədəniyyətini təhqir edən, alçaldan sözlər işlətmək cinayətdir:

“Mənə jurnalistlərdən biri zəng edib dedi ki, Əli müəllim, belə bir film çəkilir, orada əxlaqsızlıqdan, fahişəlikdən danışılır, vulqar ifadələr işlədilir. Belə bir hala münasibətiniz necədir? Dedim ki, bu ədəbsizlikdir. Filmdə, ədəbiyyatda belə jarqonlu sözlər işlətmək qadağandır. Onu əvəz edən ləyaqətli sözlər var. Tamaşaçıya həmin sözlər çatdırılmalıdır. Belə açıq-saçıq sözlər kimə lazımdır? Bu eybəcərlikdir. Bunu demişəm. Kamran Ağabalayev, sən kimsən? Sənin kimi viruslar, sənin kimi parazitlər Azərbaycan mədəniyyətinin gəmiricisidir. Azərbaycan mədəniyyətini təhqir edib, alçaldan filmlərlə məqsədiniz nədir? Bu, cinayətdir”.

Əli Nur Kamran Ağabalayevi debata çağırıb:

“Gəl üzbəüz oturaq, sənin dilini çəkib, qoparım yerindən. Sən mədəniyyətin nə olduğunu bilmirsən. Filmdə açıq-aydın qadınları-qızları lüt göstərirsən, fahişəliyi təbliğ edirsən. Sənin etdiklərinin sənətə heç bir dəxli yoxdur. Mədəniyyət böyük şöhrətlə, ləyaqətlə xalqa təqdim edilən böyük bir tribunadır. Amma siz ekranda söyüşlə danışırsınız. Azərbaycan xalqının mədəniyyəti böyükdür. Bu mədəniyyət tarix boyu insanlara xidmət edib, xalqı, kütləni millət edib”.

Qeyd edək ki, Xalq artisti Əli Nur çıxışlarının birində aktyor və ssenarist Əlixan Rəcəbovun “Alatava” serialını tənqid edib:

“Təbiilik belə olmur, bu, tərbiyəsizlikdir. Bu hərəkətin başqa adı yoxdur. Onda naturalizm adı altında gərək insanlar lüt gəzsinlər? Bu nə arqumentdir? Söyüşsüz də təbilik olur, bu isə həyasızlıqdır”.

Sözügedən filmdə rol alan aktyor Kamran Ağabalayev isə onun fikirlərinə cavab verib. Aktyor - “tənqidə hər zaman açığam, elə uşaqlar da, həmçinin, amma oynadığı səkkiz filmdə səkkiz dəqiqə ekran vaxtı olan birinin başı üçün deyil əziyyətimizi yerə vurmaq. Amma eybi yox, başı üçün olmayanların yaşına hörmət etməyi çox şükür bilirik”, - deyə bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17860
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14660
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9601
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8241
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7309
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7099
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7054
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7017
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6916
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6657
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5628
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5377
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5178
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4981
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4792
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4535
Sabah 20 dərəcə isti olacaq
4200
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3973
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3335
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3249