AZ

"Həmidə o hadisəyə görə Xalq artisti adının şirinliyini dada bilmədi"

Tarix: 1 May 2024 02:05

Xalq artisti Səidə Quliyeva "Ötən günlər" veriliş.ində qonaq olarkən Xalq artisti Həmidə Ömərova ilə bağlı xatirələrindən danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa H.Ömərovaya "Xalq artisti" fəxri adı verildiyi ərəfədə anasının itdiyini və bu səbəbdən onun buna sevinə bilmədiyini açıqlayıb.
"Bu gün Həmidə xanım buradadırsa, əminəm ki, onun anasının ruhu da buradadır. Günün bir günü Həmidə mənə ağlaya-ağlaya zəng vurdu ki, anamı itirmişəm. Anasının yaddaşı gedirdi, bilmirdi haradadır. Ona dedim ki, Həmidə, elə insanlar keçmişinə gedir. Sən get, əvvəl harada yaşamısınız oralara bax. Həmidə oraya getdi. Şükürlər olsun ki, anası tapıldı. Həmin ərəfədə Həmidəyə Xalq artisti adı verilmişdi. O, bu adın şirinliyini dada bilmədi. Hamı onu təbrik edirdi, amma içindəki o nisgili çevrəsində olan insanlar bilir ki, o, nələr çəkdi. Həmidə, sənin özəl günlərin də sənin üçün problemlidir. Həyatında nə olubsa, yaradıcılığında olub. Yaradıcıllığında nə yaşayıbsa, onun həyatıdır. Bəlkə yalan deyirəm?" deyə, S.Quliyeva bildirib.
H.Ömərova ona cavabında "Ağrılı deyirsən" deyə, söyləyib.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
1
Mənbələr
Şərh ()
Bağla