AZ

Van İ: ABŞ-ın qırmızı xətləri keçməməli və Çinin işlərinə qarışmalıdır...

ABŞ dövlət katibi Entoni Blinken Pekində Çinin xarici işlər naziri Van İ ilə görüşüb...Poliqon xəbər verir ki, görüşdə Çin tərəfi bildirib ki, ABŞ Çinin suverenliyi və təhlükəsizliyi ilə bağlı qırmızı xətləri keçməməlidir.Nazirin sözlərinə görə, Çin hakimiyyəti hər zaman “qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə” sadiq qalıb. Van İ əmin edib ki, Pekin iki ölkə arasında münasibətlərin “sabit, sağlam və davamlı inkişafını” istəyir.“Birləşmiş Ştatlar Çinin daxili işlərinə qarışmamalı, Çinin inkişafını boğmamalı və Çinin suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarından söhbət gedəndə qırmızı xətləri keçməməlidir”, deyə çinli nazir Blinkenə deyib.Qeyd edək ki, Blinken aprelin 24-də Çinə gəlib və onun işgüzar səfəri bu gün, aprelin 26-da başa çatacaq. Bu, onun dövlət katibi vəzifəsində çalışdığı müddətdə Çinə ikinci səfəridir.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
poliqon.az

10Mənbələr